Ərəb koalisiyasının Yəmənə endirdiyi aviazərbələr nəticəsində 21 nəfər ölüb

Digər ölkələr
  • 11 sentyabr, 2016
  • 13:23
Ərəb koalisiyasının Yəmənə endirdiyi aviazərbələr nəticəsində 21 nəfər ölüb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Şənbə günü Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin şimalına endirdiyi iki aviazərbə nəticəsində 21 dinc sakin həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, koalisiyaya məxsus hərbi təyyarələr Səna əyalətində quyu qazmaqla məşğul olan dinc sakinlərə zərbə endirib. Nəticədə 21 dinc sakin ölüb, daha 20 nəfər yaralanıb.

Ərəb koalisiyası nümayəndələri insidenti hələlik şərh etməyiblər.