"Enerji Ramştaynı" iclasından sonra Ukraynaya ən azı 375 milyon avro ayrılacaq

Digər ölkələr
  • 25 iyun, 2026
  • 12:44
Enerji Ramştaynı iclasından sonra Ukraynaya ən azı 375 milyon avro ayrılacaq

Ukraynanın tərəfdaşları Polşanın Qdansk şəhərində keçirilən "Enerji Ramştaynı" iclasının yekunlarına əsasən, ölkənin enerji infrastrukturunun bərpasına ən azı 375 milyon avro yönəltmək qərarına gəliblər.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın birinci Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal teleqram kanalında bildirib.

"Ukraynanın yanında olan hər bir dövlətə, beynəlxalq təşkilata və şirkətə təşəkkür edirəm. Bu dəstək enerji infrastrukturunu bərpa etməyə, kritik əhəmiyyətli obyektləri qorumağa və milyonlarla ukraynalını işıqla təmin etməyə şərait yaradır", - D.Şmıqal qeyd edib.

Məlumata görə, görüşün yekunlarına əsasən, ABŞ Ukraynanın enerji sektoruna 175 milyon dollar, İsveç - 137 milyon avro, Norveç - 77 milyon avro, Litva - 4 milyon avro, Estoniya - 2,125 milyon avro və İslandiya - 550 min avro əlavə yardım ayırdığını elan edib.

D.Şmıqal həmçinin bildirib ki, 2026-cı ilin əvvəlindən tərəfdaşlar Ukraynanın Enerji Dəstəyi Fonduna 317 milyon avrodan çox vəsait köçürüblər.

Bununla yanaşı, onun sözlərinə görə, hazırda ölkənin enerji sektorunun təmin olunmamış ehtiyaclarının ümumi həcmi 650 milyon avronu ötür.

44 filmi