Əfqanıstanın şərqində törədilən terror aktı nəticəsində 12 nəfər həlak olub

Digər ölkələr
  • 11 aprel, 2016
  • 12:47
Əfqanıstanın şərqində törədilən terror aktı nəticəsində 12 nəfər həlak olub

Bakı. 11 aprel. REPORT.AZ/ Əfqanıstanın şərqində törədilən terror aktı nəticəsində 12 nəfər həlak olub, 38 nəfər isə yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, partlayışın qurbanları Əfqanıstan təhlükəsizlik qüvvələrinin yeni əsgərləri olub.

Motosikldə olan terrorçu-kamikadze özünü Nanqarxar əyalətindəki Cəlalabad şəhərində əfqan əsgərləri daşıyan avtobusun yaxınlığında partladıb.