Əfqanıstanın şərqində qızlar məktəbi partladılıb
Digər ölkələr
- 13 iyul, 2015
- 10:23
Bakı. 13 iyul. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqahar əyalətindəki qızlar məktəbində partlayış baş verib.
"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bunu əyalətin təhsil işləri üzrə idarəsinin təmsilçisi Məhəmməd Asif Şirinvari bildirib.
Onun sözlərinə görə, hadisə gecə saatlarında bölgənin Şiva qəsəbəsində baş verib. Partlayış nəticəsində məktəbin binası tamamilə dağılıb, oradakı dərs vəsaitləri və sənədlər məhv edilib.
Məlumata görə, məktəbdə 850 qız təhsil alırdı. Ölən və xəsarət alanlar barədə dəqiq məlumat verilmir.
Partlayışın məsuliyyətini isə heç bir silahlı qruplaşma üzərinə götürməyib. Hazırda araşdırma aparılır.
Məlumata əsasən, son 6 ayda Əfqanıstanın şərqində 6-cı dəfədir məktəbə basqın edilir.
Son xəbərlər
06:36
Səudiyyə Ərəbistanının "Aramco" neft-qaz şirkətinə aid obyektdə yanğın baş verib
Digər ölkələr06:10
Vaşinqtonda meşə yanğınlarının mənzil fonduna vurduğu ziyanın həcmi açıqlanıb
Digər ölkələr05:51
Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
Digər ölkələr05:07
Siciliya sahillərində içində amfora olan qədim gəmi aşkar edilib
Maraqlı04:48
Türkiyədə baş verən qəzada üç nəfər ölüb
Region04:11
Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr03:42
Nişapurda 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan biri ölüb
Region03:05
Türkiyə Ukraynaya yeni səfir təyin edib
Digər ölkələr02:44