​Əfqanıstanda yüzdən çox "Taliban" silahlısı məhv edilib

Digər ölkələr
  • 28 may, 2015
  • 07:42
​Əfqanıstanda yüzdən çox Taliban silahlısı məhv edilib

Bakı. 28 may. REPORT.AZ/ Əfqanıstan təhlükəsizlik qüvvələri ölkədə aparılan xüsusi əməliyyat zamanı sutka ərzində ən azı 107 "Taliban" yaraqlısını məhv edib, 34-nü yaralayıb. Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, əməliyyat 8 əyalətdə - Herat, Paktiya, Paktika, Qəzni, Qəndəhar, Badqis, Bəlx və Qunduzda aparılıb. Təhlükəsizlik qüvvələri yaraqlıların silah-sursatını müsadirə edib.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, xüsusi əməliyyat zamanı Əfqanıstan ordusunun 5 əsgəri həlak olub.