Əfqanıstanda partlayış, ölənlər və yaralananlar var - YENİLƏNİB

Digər ölkələr
  • 11 fevral, 2020
  • 04:51
Əfqanıstanda partlayış, ölənlər və yaralananlar var - YENİLƏNİB

Əfqanıstanda partlayış zamanı azı 5 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə 1TV telekanalı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı daha 11 nəfər yaralanıb. Ölənlərdən 3-ü hərbi qulluqçu, 2-i dinc sakindir.

Əfqanıstanın Dаxili İşlər Nаzirliyinin rəsmisi Nüsrət Rahimi bildirib ki, hadisənin terrorçu kamikadze tərəfindən törədildiyini bildirib. 


***07:50

Əfqanıstanda partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Kabildəki universitetlərdən birinin yaxınlığında qeydə alınıb. Bildirilir ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı açıqlanmır.