Əfqanıstanda taliblərin hücümü nəticəsində 43 polis ölüb

Digər ölkələr
  • 11 may, 2018
  • 11:54
Əfqanıstanda taliblərin hücümü nəticəsində 43 polis ölüb

Bakı. 11 may. REPORT.AZ/ Əfqanıstanda radikal "Taliban" hərəkatının yaraqlıları tərəfindən polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində azı 43 polis məmuru ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Ariana" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Telekanalın məlumatına görə, taliblər cümə axşamına keçən gecə Fərah şəhərində polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Yaraqlılar məntəqənin binasını ələ keçiriblər və silah-sursatlarını ələ keçirməyə müvəffəq olublar. Ancaq sonradan hökumət qüvvələri obyekt üzərində nəzarəti ələ keçiriblər.

Silahlı toqquşmalar nəticəsində daha 10 hüquq mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.