Əfqanıstanda silahlıların hücumu nəticəsində 6 nəfər həlak olub

Digər ölkələr
  • 17 dekabr, 2016
  • 03:50
Əfqanıstanda silahlıların hücumu nəticəsində 6 nəfər həlak olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Əfqanıstanın Qəndəhar şəhərində silahlı şəxslərin hücumu nəticəsində 6 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər Qəndəhar hava limanının 5 əməkdaşının və 1 sürücünün olduğu avtomobilə atəş açıblar. Nəticədə avtomobildəki şəxslərin hamısı ölüb.

Ölənlərdən 5-i qadın, 1-i kişidir. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

İnsidentin motivləri hələlik məlum deyil.  

44 - Tezliklə