Əfqanıstanda qadınlara radioda səsləndirmə qadağan edilib
Digər ölkələr
- 18 mart, 2025
- 18:04
Əfqanıstan hökumətinin məmurları Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb.
"Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır", - məlumatda bildirilib.
Qeyd olunub ki, sənəddə bütün radiostansiya işçilərinin əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə alması tələbi də var.
Qəndəhar Hilmənddən sonra qadın səslərinin radio yayımları zamanı tamamilə qadağan edildiyi ikinci Əfqanıstan əyaləti olub.
Son xəbərlər
07:36
P. Diddy Tupak Şakurun qətlində ittiham oluna bilər
Şou-biznes07:12
"Google" "Android" üçün fəaliyyəti çətinləşdirir
İKT06:48
Rusiya Ukraynaya kütləvi zərbələr endirib, ölənlər var
Digər ölkələr06:23
Pezeşkian: ABŞ ilə danışıqlar yolunda addım-addım irəliləyəcəyik
Region05:52
Britaniya Kiprdəki Akrotiri aviabazası üçün çoxsəviyyəli təhlükəsizlik tədbirləri elan edib
Digər ölkələr05:12
Tramp KXDR-ə qarşı genişmiqyaslı hərbi təlimləri bəyənmir
Digər ölkələr04:34
Şahzadə Harri, Meqan Markl və övladları Böyük Britaniyaya qayıdırlar
Digər ölkələr04:08
Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb
Digər ölkələr03:47