​Əfqanıstanda patrul dəstəsinə hücum nəticəsində 5 hərbçi ölüb, 6-sı yaralanıb

Digər ölkələr
  • 21 dekabr, 2015
  • 11:32
​Əfqanıstanda patrul dəstəsinə hücum nəticəsində 5 hərbçi ölüb, 6-sı yaralanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandakı hərbi patrul dəstəsinə intiharçı-terrorçunun basqını nəticəsində 5 hərbçi ölüb, 6-sı yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda yerli hakimiyyət bildirib.

Məlumata görə, hadisə koalisiya qüvvələrinin Əfqanıstanın Bahram hərbi bazasının yaxınlığında baş verib.

Patrul dəstəsi ABŞ və Əfqanıstan əsgərlərindən ibarət olub.