Əfqanıstanda ictimai nəqliyyatda partlayış olub: 8 nəfər ölüb, 40 nəfər yaralanıb

Digər ölkələr
  • 31 iyul, 2018
  • 06:16
Əfqanıstanda ictimai nəqliyyatda partlayış olub: 8 nəfər ölüb, 40 nəfər yaralanıb

Bakı. 31 iyul. REPORT.AZ/ Əfqanıstanda ictimai nəqliyyatda törədilən partlayış nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Hadisə Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində olub.

Partlayışın məsuliyyətini regionda fəaliyyət göstərən heç bir terrorçu qruplaşma hələlik üzərinə götürməyib. 

44 - Tezliklə