Əfqanıstanda İŞİD rəhbərlərindən biri zərərsizləşdirilib
Digər ölkələr
- 26 avqust, 2018
- 08:51
Bakı. 26 avqust. REPORT.AZ/ Əfqanıstanın silahlı qüvvələri ölkənin şərqində keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "1TV" telekanalı məlumat yayıb.
Bildirilir ki, Əbu Sayed Orakzai Əfqanıstanın Hərbi Hava Qüvvələrinin şənbə günü, gecə Nanqarhar vilayətinə endirdiyi hava zərbələri zamanı zərərsizləşdirilib. Əməliyyat Milli Təhlükəsizlik İdarəsinin (NDS) kəşfiyyat məlumatları əsasında keçirilib.
Telekanalın məlumatına görə, əməliyyat zamanı İŞİD-in habelə daha 10 silahlısı məhv edilib.
Son xəbərlər
09:12
UEFA Avropa Liqası: "Beşiktaş" bu gün "Marsel"i qəbul edəcək
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.09.2026)
Maliyyə09:03
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.09.2026)
Maliyyə09:01
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
Futbol09:00
Ayda Günəş sistemindəki ən böyük krater aşkar edilib
Maraqlı08:59
Yaponiya hökuməti tam tərkibdə istefaya gedib
Digər ölkələr08:53
Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
Xarici siyasət08:45
Krakov şəhərində Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək
Xarici siyasət08:45