Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb
Digər ölkələr
- 21 may, 2023
- 09:01
Əfqanıstanın Samanqan əyalətində ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” terrorçularına məxsus hərbi helikopter qəzaya uğrayıb.
“Report” “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
Bildirilib ki, insident əyalətin şimal ərazisində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun elektrik xəttinin dayağı ilə toqquşması olub. “Taliban”ın Samanqandakı nümayəndəsi insident zamanı həlak olanlar barədə bilgi verməyib. Bununla belə, əyalətin güc strukturlarındakı mənbələr telekanala göyərtədəki hər iki pilotun öldüyünü bildiriblər.
Son xəbərlər
04:15
NBC: İranın zərbələri ABŞ-ın kəşfiyyat obyektlərinə milyardlarla dollar ziyan vurub
Digər ölkələr03:54
İngiltərə millisinin sabiq hücumçusu həbs edilə bilər
Futbol03:28
Yəməndə husilərin obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsi təsdiqlənib
Digər ölkələr03:06
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
Digər ölkələr02:36
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
Digər ölkələr02:14
Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
Region01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44