Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub

Digər ölkələr
  • 15 sentyabr, 2018
  • 07:13
Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Əfqanıstanın qərbində bu ölkənin Milli Ordusunun helikopteri səhər saatlarında qəzaya uğraması nəticəsində 5 nəfər, o cümlədən 2 pilot həlak olub.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV məlumat verib.

Hadisə Fərəh əyalətinin ərazisində baş verib. 

Əfqanıstanın Müdafiə Nazirliyi baş vermiş hadisəyə hələlik münasibət bildirməyib.

44 - Tezliklə