Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb

Digər ölkələr
  • 01 avqust, 2022
  • 22:14
Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb

ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.