Əfqanıstanda buraxılış məntəqəsinə hücum nəticəsində 8 polis ölüb

Digər ölkələr
  • 20 fevral, 2018
  • 07:41
Əfqanıstanda buraxılış məntəqəsinə hücum nəticəsində 8 polis ölüb

Bakı. 20 fevral. REPORT.AZ/ Əfqanıstanın qərbindəki Fərah vilayətində "Taliban" hərəkatı silahlılarının iki Nəzarət-Buraxılış Məntəqəsinə (NBM) hücumları nəticəsində 8 polis ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, region administrasiyasından Şamalgah və Fərahrod yaşayış məntəqəsində yerləşən NBM-lərə hücum edildiyi bildirilib.

Məlumata görə, Şamalgahda 3, Fərahrodda 5 polis qətlə yetirilib. Eyni zamanda "Taliban"ın 15 silahlısı öldürülüb.