Əfqanıstanda bomba partlayışı nəticəsində 6 nəfər ölüb

Digər ölkələr
  • 08 avqust, 2018
  • 11:04
Əfqanıstanda bomba partlayışı nəticəsində 6 nəfər ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Bəlx vilayətində yola quraşdırılan bombanın partlması nəticəsində 6 dinc sakin ölüb.

Bu barədə "Report" "Sinhua" agentliyinə istinadən xəbər verir.

Hadisə nəticəsində 7 nəfərin yaralandığı bildirilir.