Əfqanıstanda baş verən daşqınlarda çox sayda insan ölüb
Digər ölkələr
- 26 avqust, 2020
- 10:37
Əfqanıstanın şimalındakı Pərvan əyaləti paytaxtı Çərikar şəhərində leysan yağışlar nəticəsində baş verən daşqınlarda azı 68 nəfər ölüb, 90 nəfər isə xəsarət alıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bildirən əyalət qubernatorunun sözçüsü Vahidə Şəhkar yüzlərlə yaşayış evin yararsız hala düşdüyünü deyib.
Sözçünün dediyinə görə, hazırda xilasedicilərin çalışmaları davam edir və zərərçəkənlərin sayının daha da artacağı istisna deyil.
Fəlakətlərin İdaretmə Nazirliyinin məlumatına görə, şəhərdə 300 yaşayış evi yararsız hala düşüb. Daşqınların Meydan Vərdək və Nəngərhar əyalətlərinin hər birində 2 nəfərin ölümünə səbəb olduğu diqqətə çatdırılıb.
Son xəbərlər
02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Xarici siyasət00:26
Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Xarici siyasət00:11