​Əfqanıstanda avtobusun yaxınlığında partlayış törədilib, 18 hərbçi yaralanıb

Digər ölkələr
  • 08 fevral, 2016
  • 06:22
​Əfqanıstanda avtobusun yaxınlığında partlayış törədilib, 18 hərbçi yaralanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Əfqanıstanın Bəlx əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 18 hərbçi yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" məlumat yayıb.

Məlumta görə, kamikadze özünü hərbçiləri aparan avtobusun yaxınlığında partladıb.

Xəsarət alanlar hospitala yerləşdirilib.

44 - Tezliklə