Əfqanıstan ordusu "Taliban" hərəkatının 60-a yaxın yaraqlısını məhv edib
- 02 may, 2015
- 07:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 may. REPORT.AZ/ Son sutka ərzində Əfqanıstan silahlı qüvvələrinin apardığı xüsusi əməliyyatı zamanı "Taliban" radikal hərəkatının 60-a yaxın yaraqlısı məhv edilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər.
"Əməliyyatlar Uruzqan, Zabul, Qəzni, Gilmend, Loqar, Kündüz, Sari-Pul, Badahşan, Fəryab, Paktiya, Host və Bəğlan əyalətlərində həyata keçirilib. Nəticədə ən az 57 "Taliban" üzvü öldürülüb, 35 nəfər yaralanıb. 2 yaraqlı Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılıb", - MİD məlumatında deyilir. Hərbçilər arasında itki haqqında məlumat yoxdur.
Nazirlikdən verilən məlumata əsasən, hərbçilər yaraqlıların yüngül və ağır silahlarını aşkar edib və götürüb.