“Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazırdır
- 16 sentyabr, 2023
- 10:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazır olduğunu bəyan edib.
“Report” xəbər verir ki, bu barədə “CBC-Azerbaijan” telekanalına eksklüziv müsahibəsində hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.
Onun sözlərinə görə, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırdır: “Biz bununla bağlı zəmin yaratmağa və lazımi işləri görməyə hazırıq. Biz də istərdik ki, Azərbaycanda bizim nümayəndələrimiz olsun”.
Z.Mücahid vurğulayıb ki, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Məlum olduğu kimi, ərazi bütövlüyü məsələsi Əfqanıstan üçün son dərəcə vacibdir. Hesab edirəm ki, bu, Azərbaycan üçün də eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir”.