Dövlət katibi: Rusiya və ABŞ səfirliklərinin heyətini bərpa etmək barədə razılığa gəlib

Digər ölkələr
  • 18 fevral, 2025
  • 13:17
Dövlət katibi: Rusiya və ABŞ səfirliklərinin heyətini bərpa etmək barədə razılığa gəlib

Rusiya və ABŞ Moskva və Vaşinqtondakı səfirliklərin ştatını bərpa etmək barədə razılığa gəlib.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

“Bu təmasları davam etdirmək üçün normal fəaliyyət göstərə bilən diplomatik nümayəndəliklərin aktiv fəaliyyətinə ehtiyacımız olacaq”, - o bildirib.

44 - Tezliklə