Donald Tramp prokurorun "Rusiya işi" ilə bağlı suallarını cavablandırıb - VİDEO
- 17 noyabr, 2018
- 03:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkilərinə Rusiyanın "müdaxilə" etməsi ilə bağlı araşdırma aparan xüsusi prokuror Robert Müllerin yazılı suallarını cavablandırdığını bildirib.
“Report” ABC-yə istinadən xəbər verir ki, o bunu çox asanlıqla etdiyini deyib.
"Mən onlara çox asanlıqla cavab verdim", — deyə Tramp söyləyib.
Bununla belə prezident cavabları xüsusi prokurora hələ ötürmədiyini əlavə edib.
Bundan əvvəl Tramp baş prokuror Ceff Seşnsini bu ay istefaya göndərəcəyini bildirib.
JUST IN: Pres. Trump says he has written answers to questions from special counsel Robert Mueller's office. "I've answered them very easily," he says. https://t.co/sswfFE9ZBu pic.twitter.com/hV4jVrnnIE
— ABC News (@ABC) November 16, 2018