Donald Tramp ilk dəfə Fransaya səfərə gəlib

Digər ölkələr
  • 13 iyul, 2017
  • 08:35
Donald Tramp ilk dəfə Fransaya səfərə gəlib
NICHOLAS KAMM/AFP/Getty Images

Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Fransaya ilk səfərinə başlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, ABŞ dövlət başçısının təyyarəsi artıq Parisin Orli aeroportuna eniş edib.

Fransa prezidenti Emmanuel Makron qonağı tarixi Əlillər Evində qarşılamaq niyyətindədir. Rəsmi mərasimdən sonra onlar üz-üzə danışmaq üçün Sena çayının sağ sahilinə, Yelisey sarayına yollanacaqlar. Ardından dövlət başçılarına nümayəndə heyətlərinin üzvləri də qoşulacaq. Görüşün yekunları ilə bağlı mətbuata açıqlamalar veriləcək.

İyulun 14-də D.Tramp Fransa Milli Günündə Yelisey meydanında keçiriləcək hərbi paradda iştirak edəcək. Amerikalı lideri bu tədbirə Birləşmiş Ştatların Birinci dünya müharibəsinə daxil olmasının 100 illiyi ilə əlaqədar dəvət ediblər.