Kanak təmsilçisi: “Müstəmləkəçilik bir çox Qərb dövlətlərinin maraqlarına xidmət edir”

Digər ölkələr
  • 20 oktyabr, 2023
  • 08:10
Kanak təmsilçisi: “Müstəmləkəçilik bir çox Qərb dövlətlərinin maraqlarına xidmət edir”

“Müstəmləkəçilik siyasəti başqa ölkələrə və xalqlara hökmranlıq etməyə çalışan Qərbin bir çox fövqəldövlətlərinin maraqlarına xidmət edir”

“Report” xəbər verir ki, bunu Kanak təmsilçisi Devi Nikolas Bolo Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Müstəmləkəçilik siyasəti hökmranlığa can atan bir çox böyük Qərb dövlətləri üçün faydalıdır. Dominantlıq iqtisadiyyat və hərbi potensial üzərində tam nəzarət deməkdir", - bildirib.

Onun sözlərinə görə, kanaklar ilk növbədə müstəmləkəçiliyə qarşı durmağa çalışır: "Biz azad və müstəqil olmaq istəyirik. Yalnız bu yolla rahat şəkildə yaşaya bilərik".

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

44 - Tezliklə