Cozef Bayden Finlandiyaya səfər edəcək

Digər ölkələr
  • 23 may, 2023
  • 08:25
Cozef Bayden Finlandiyaya səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden bu il iyul ayının əvvəlində Finlandiyaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Finlandiya KİV-i məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində ABŞ-Finlandiya zirvə toplantısı keçiriləcək.

Yerli mətbuat bu səfəri tarixi hadisə adlandırıb. Belə ki, ABŞ Prezidenti ilk dəfə olaraq Rusiya-ABŞ münasibətləri ilə birbaşa əlaqəsi olmayan Finlandiyaya səfər edəcək.

Xatırladaq ki, bu ilin aprelində Finlandiya NATO-ya üzv olub.