Cozef Bayden Almaniyanın yeni kansleri ilə telefonla danışıb

Digər ölkələr
  • 10 dekabr, 2021
  • 23:42
Cozef Bayden Almaniyanın yeni kansleri ilə telefonla danışıb
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden Almaniyanın yeni kansleri Olaf Şoltsla ilk söhbətindən sonra Ukrayna ətrafındakı vəziyyətə cavab vermək üçün yaxından işləmək fürsətini gözlədiyini bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

"Mən Almaniya kansleri Olaf Şoltsla danışıb, onu təyinatı münasibətilə təbrik etdim. Mən qlobal çağırışların bütün siyahısı, o cümlədən Rusiyanın Ukrayna sərhədində sabitliyi pozan hərbi quruculuğa cavab vermək üçün transatlantik səylər üzərində yaxından işləməyi səbirsizliklə gözləyirəm", - Bayden tvitterdəki hesabında yazıb.

44 - Tezliklə