Con Kerri: "ABŞ Avropa İttifaqının çətinliklərin öhdəsindən gələcəyinə inanır"

Digər ölkələr
  • 13 fevral, 2016
  • 17:43
Con Kerri: ABŞ Avropa İttifaqının çətinliklərin öhdəsindən gələcəyinə inanır

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ Böyük Britaniyanı Avropa İttifaqında görmək istəyir.

Bu fikri ABŞ-ın dövlət katibi Con Kerri Münxen Təhlükəsizlik Konfransda söyləyib. Dövlət katibi bildirib ki, son vaxtlar qitədə yaranan çətinliklər avropalıları məyus edib.

Bunlardan biri və başlıcası Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı referendum məsələsidir. Lakin ABŞ Avropa İttifaqının bu çətinliklərin öhdəsindən gələcəyinə inanır.

44 filmi