CNN: Driskoll Pentaqon rəhbəri vəzifəsində Heqseti əvəz edə bilər
- 26 noyabr, 2025
- 02:26
ABŞ-nin ordu naziri Den Driskoll sonda ABŞ-nin müdafiə naziri postunda Pit Heqseti əvəz edə bilər.
"Report" xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Məlumata görə, Ukraynada müharibənin başa çatdırılması istiqamətində Driskolla verilmiş "qeyri-adi rol" onun "nəticədə Pit Heqseti Pentaqon rəhbəri postunda əvəz edə biləcəyi" barədə söhbətləri yenidən gündəmə gətirib.
CNN-in iddiasına görə, bu cür hadisələrin inkişaf variantı artıq bir neçə aydır ki, ABŞ administrasiyasında qeyri-rəsmi şəkildə müzakirə olunur.
Qeyd olunub ki, Tramp Driskolla simpatiya bəsləyir və Ukrayna böhranının həlli ilə bağlı atılan addımlar barədə onun fikirləri ilə mütəmadi maraqlanır. ABŞ lideri həmçinin Driskolla "dronlara cavabdeh" deyə müraciət edir, çünki o, ABŞ Silahlı Qüvvələrində pilotsuz uçuş aparatlarının inkişafı istiqamətinə də rəhbərlik edir.
Bundan əvvəl Driskoll Kiyevə səfər edib, Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb və Cenevrədə ABŞ-Ukrayna danışıqlarında iştirak edib.