ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb- YENİLƏNİB-2

Digər ölkələr
  • 26 yanvar, 2026
  • 17:55
ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb- YENİLƏNİB-2

ABŞ-də qasırğa nəticəsində ən azı 18 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "ABC news" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Nyu-Yorkun Mərkəzi Parkında 28 santimetrdən çox qar yağıb ki, bu da 2022-ci ildən bəri ən güclü qar yağmasıdır.

Bundan əlavə, Filadelfiyaya 23 santimetrdən, Bostona isə 40 santimetrdən çox qar yağıb.

ABŞ-də qasırğa nəticəsində ən azı 14 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "ABC news" telekanalı məlumat yayıb.

Rəsmilərin məlumatına görə, Nyu-Yorkda 5, Tennesi ştatında 3, Luizianada 2, Kanzasda isə 1 ölüm hadisəsi qeydə alınıb.

Texas ştatında, Dallas yaxınlığında 16 yaşlı qız xizək sürərkən baş verən bədbəxt hadisə nəticəsində ölüb. Ostin rayonunda (Texas ştatı) tərk edilmiş yanacaqdoldurma məntəqəsinin parkinqində bir nəfərin meyiti tapılıb. Onun soyuqdan öldüyü ehtimal olunur.

Massaçusets ştatında bir qadın parklanma yerində qartəmizləyən maşının arxaya hərəkət edərkən ona çırpılması nəticəsində ölüb.

ABŞ-nin qar fırtınasından zərər çəkən ştatlarında azı yeddi nəfər ölüb.

"Report"un CNN-ə istinadən məlumatına görə, Texas, Missuri və Kanzas ştatlarında qar fırtınası ilə bağlı ölüm halları qeydə alınıb. Hakimiyyət orqanları sakinləri evdə qalmağa çağırır.

Ümumilikdə 23 ştatda fövqəladə vəziyyət elan olunub. "NBC News" telekanalının məlumatına görə, şiddətli hava xəbərdarlıqları 185 milyon ABŞ sakininə təsir edib və bir milyondan çox istehlakçı elektriksiz qalıb.

Yanvarın 25-də ölkə daxilində 10 mindən çox uçuş ləğv edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti