Çinin Henan əyalətindəki daşqınlar 71 nəfərin həyatına son qoyub
Digər ölkələr
- 27 iyul, 2021
- 10:09

Çinin mərkəzi Henan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bundan əvvəl 69 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü bildirilirdi. Əyalətin inzibati mərkəzi olan Çjençjoy şəhərində metronun su altında qalması nəticəsində ölmüş daha 2 nəfərin meyiti aşkar edilib.
Daşqınların 13,32 milyon sakinə və 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsinə zərər vurduğu bildirilir.
Yerli hakimiyyət orqanları daşqınlar nəticəsində 10 min tikilinin dağıldığı, 22 min tikiliyə zərər dəydiyini açıqlayıb. Əyalətə 2,15 milyard ABŞ dollarınadək birbaşa zərər dəydiyi güman edilir.
Son xəbərlər
13:43
"Arsenal" qışda iki futbolçusu ilə yollarını ayırmaq istəyir
Futbol13:43
Gələn ilin mayında Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumu keçiriləcək
İnfrastruktur13:42
MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Hərbi13:40
Foto
Xudatda Heydər Əliyev Parkı əsaslı təmir edilir
İnfrastruktur13:35
AEBA və İran nüvə obyektlərinin monitorinqi barədə razılığa gəlib
Digər ölkələr13:35
"Quba" daha bir legioner transferini reallaşdırıb
Komanda13:22
Azərbaycan və Pakistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı hədəfləyir
Maliyyə13:17
Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırılıb
Digər ölkələr13:13