Çində daşqınlar səbəbindən yarım milyondan çox insan fəlakət zonasında qalıb

Digər ölkələr
  • 08 may, 2023
  • 15:34
Çində daşqınlar səbəbindən yarım milyondan çox insan fəlakət zonasında qalıb

Çinin şərqindəki Tszyansi əyalətinin təxminən 536 min sakini leysan və daşqınlar səbəbilə fəlakət zonasında qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regional daşqın və quraqlıqla mübarizə mərkəzi məlumat yayıb.

Məlumata görə, son 4 gün ərzində xilasedicilər ölkənin xüsusilə təhlükəli bölgələrindən 16 minə yaxın insanı təxliyə ediblər.

Mayın 5-dən bəri təbii fəlakətlərin vuduğu birbaşa ziyan təxminən 670 milyon yuan (96,8 milyon ABŞ dolları) təşkil edib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

44 - Tezliklə