Çində ağır yol qəzası 30-dan çox adamın ölümünə səbəb olub
Digər ölkələr
- 11 avqust, 2017
- 07:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 avqust. REPORT.AZ/ Çinin mərkəzində yerləşən Şensi vilayətində baş verən ağır yol qəzasında 36 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza Pekin-Kunmin avtomagistralında baş verib.
Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb, onlara lazımi yardım göstərilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
İlkin məlumatlara əsasən, Şendu şəhərindən (Sıçuan vilayəti) Loyan şəhərinə (Henan vilayəti) gedən avtobus tunelin girişində naməlum səbəbdən divara çırpılıb.
Çinin İctimai Təhlükəsizlik Nazirliyinin rəhbər müavini Huan Min istintaq qrupuna rəhbər təyin edilib və qrup artıq faciənin baş verdiyi yerə gedib.
Son xəbərlər
18:47
Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib
İnfrastruktur18:46
Nepalda leysanlar səbəbindən 20-dən çox insan ölüb
Digər ölkələr18:44
Norberto Neto karyerasını yenidən "Yuventus"da davam etdirəcək
Futbol18:29
Gədəbəy rayonuna icra başçısı təyin olunub
Daxili siyasət18:28
Naftalan şəhərinə icra başçısı təyin edilib
Daxili siyasət18:28
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
Daxili siyasət18:24
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb
Hadisə18:23
Foto
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib
Sosial müdafiə18:15