Çin XİN İranı tam dəstəklədiyini açıqlayıb
Digər ölkələr
- 10 iyun, 2024
- 16:54
Çin hökuməti ciddi sınaqlar dövrü yaşayan İranı tam dəstəkləyir.
“Report” xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi BRİKS Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Nijni Novqorodda İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə görüşündə bildirib.
“İndiki mərhələdə İran xalqı ciddi sınaqlardan keçir... Ölkənizin hərtərəfli strateji tərəfdaşı olan Çin İran hökumətini və xalqını dəstəkləyir”, - Vanq Yi deyib.
Çinin XİN başçısı rəsmi Pekinin İranın müstəqilliyini, suverenliyini, sabitliyini və inkişafını dəstəklədiyini vurğulayıb.
“İranda prezident seçkilərinin rahat keçməsini arzu edirəm”, - o söyləyib.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Son xəbərlər
10:52
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 1 %-ə yaxın azaldıb
Biznes10:46
Naxçıvanın bütün rayonlarında DOST qəbul şöbələri yaradılacaq
Sosial müdafiə10:43
Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb
Hadisə10:27
Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb
Digər ölkələr10:12
Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
Xarici siyasət10:10
"Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizəyə başlayır
Komanda10:07
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü saxlanılıb - YENİLƏNİB
Hadisə10:07
Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək
Energetika10:04