Rəsmi Pekin: Çin və Rusiya İranın dinc nüvə proqramına sadiqliyini alqışlayır
- 14 mart, 2025
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin və Rusiya İranın ölkənin atom texnologiyalarından dinc məqsədlər üçün istifadə etdiyini və nüvə silahı yaratmağa çalışmadığını təsdiqləməsini alqışlayır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər nazirinin müavini Ma Çjaosyu Pekində rusiyalı həmkarı Sergey Ryabkov və iranlı həmkarı Kazem Qaribabadi ilə İran nüvə problemi üzrə görüşdə bildirib.
"Biz Nüvə Silahlarının Yayılmamasına dair Müqavilənin qorunmasının vacibliyini təsdiqləyirik. Çin və Rusiya İranın atom texnologiyalarından dinc məqsədlər üçün istifadə etdiyini və nüvə silahı yaratmağa çalışmadığını təsdiqləməsini alqışlayır", - o qeyd edib.
Məlumta görə, diplomatlar İran nüvə məsələsi üzrə görüşün yekununda bütün qanunsuz sanksiyaların ləğvi tələbi ilə çıxış ediblər.