Çin sərhədçiləri iki uyğuru öldürüb
Digər ölkələr
- 19 yanvar, 2015
- 10:38
Bakı. 19 yanvar. REPORT.AZ/ Çin sərhədçiləri iki uyğur türkünü güllələyərək öldürüb.
"Report" "BBC"yə istinadən xəbər verir ki, rəsmilər onların Çin-Vyetnam sərhədini keçməyə cəhd edərkən güllələndiyini bildiriblər.
Hakimiyyət iddia edib ki, uyğurlar sərhədçilərə bıçaqla hücum edib. Məlumata görə, onlardan biri hadisə yerindən qonşu şəhərə qaçıb.
Rəsmi Pekin uyğurların Cənub-Şərqi Asiya dövlətlərinə qaçmasını müsəlmanlarla ölkədə çoxluq təşkil edən xaanlar (çin milləti) arasında qarşıdurmanın güclənməsi ilə əlaqələndirir.
Çin hakimiyyəti onların islam adı altında fəaliyyət göstərən, çeşidli qruplaşmalara qoşulacaqlarından ehtiyatlanır. Uyğurlar isə Pekin hakimiyyətinin repressiyalarından qaçmağa cəhd göstərdiklərini bildirirlər.
Son xəbərlər
14:02
Foto
Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?
İnfrastruktur13:55
Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub
Digər ölkələr13:29
"Defense Express": Ukraynanın Samaradakı "Proqress" raket mərkəzinə zərbə endirdiyi ehtimal olunur
Digər ölkələr13:24
Bərdənin üç kəndində qaz olmayacaq
Energetika13:23
Foto
Sərvinaz Eminova: Sərgidə nümayiş olunan rəsmlərimin heç birində süni intellektdən istifadə edilməyib
Mədəniyyət13:16
"Barselona" Ferran Torresin PSJ-yə keçdiyini açıqlayıb
Futbol12:58
"Reuters": İspaniya hökumətinə Seutaya kütləvi miqrant axını barədə xəbərdarlıq edilmişdi
Digər ölkələr12:54
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
Ekologiya12:34