Çin ayrıseçkiliyə görə Kanadadan kanola yağına, donuz ətinə rüsum tətbiq edib
- 20 mart, 2025
- 04:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin gömrüyü cümə axşamı günü Kanadadan noxud və kanola yağı üçün 100 %, donuz əti və dəniz məhsulları üçün isə 25 % rüsum almağa başlayacaq.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, Çin Ticarət Nazirliyi bu tədbirin ayrı-seçkiliyə qarşı aparılan araşdırmadan sonra tətbiq edildiyini bildirib.
Müvafiq tədbirlər Çinin bir sıra qanunları - xarici ticarət, gömrük və tariflər haqqında qanunlar əsasında həyata keçirilib. Pekin israr edir ki, Kanada hakimiyyət orqanları ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa rasional yanaşmalı, obyektiv faktlara hörmət göstərməli, Ümumdünya Ticarət Təşkilatının qaydalarına əməl etməli və səhv hərəkətləri dərhal düzəltməlidirlər.
Pekinin mövqeyinə görə, Ottava ayrı-seçkilik hesab olunmalı və Çin istehsalçılarının hüquq və maraqlarını pozan birtərəfli proteksionist tədbirlər qəbul edib. Bundan əlavə, Çin rəhbərliyi hesab edir ki, Kanadanın siyasəti iki ölkə arasında iqtisadi əlaqələrə xələl gətirir.
Ötən il avqustun sonunda Kanadanın baş naziri Castin Trüdo Ottavanın oktyabrın 1-dən elektromobillərə (100 faiz dərəcəsi), oktyabrın ikinci yarısından isə Çindən alüminium və polad (25 faiz) üçün daha yüksək tariflər tətbiq edəcəyini açıqlamışdı. Sentyabrın 26-da Çinin Ticarət Nazirliyi ticarət ayrı-seçkiliyi ilə bağlı araşdırmaya başladı və 8 mart 2025-ci ildə cavab tədbiri olaraq tarif artımlarını elan etdi.