Cey Kleyton Ağ Evin kibertəhlükəsizlik idarəsinə müvəqqəti rəhbərlik edəcək
- 23 noyabr, 2026
- 22:29
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton namizədliyi prezident Donald Tramp tərəfindən irəli sürülmüş Kirsten Devisin Senat tərəfindən təsdiqlənməsinə qədər Ağ Evin kibertəhlükəsizlik idarəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" Ağ Evə istinadən məlumat yayıb.
Daha əvvəl artan texniki nasazlıqlar və kiberhücumlar barədə xəbərlər fonunda Şon Kernkros vəzifəsindən ayrılıb. Onun gedişindən sonra Tramp bu posta Pentaqon rəhbərinin keçmiş müşaviri Kirsten Devisi təklif edib.
Son vaxtlar ABŞ mediası həmçinin Milli Təhlükəsizlik Agentliyinin məxfi rabitə sistemində, Federal Aviasiya Administrasiyasının telekommunikasiya sistemlərində və "Microsoft" xidmətlərində yaranan nasazlıqlar barədə məlumat verirdi.