Çexiyada musiqi festivalında yaranan izdiham zamanı 12 nəfər xəsarət alıb

Digər ölkələr
  • 07 iyul, 2024
  • 08:38
Çexiyada musiqi festivalında yaranan izdiham zamanı 12 nəfər xəsarət alıb

Çexiyanın şərqindəki Jihlava şəhərində musiqi festivalında yaranan izdiham zamanı 12 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə Çexiya polisi "X" sosial şəbəkəsində bildirib.

Belə ki, qeyri-sabit hava şəraiti səbəbindən festivalın keçirildiyi yerdə elektrik kəsilib, insanlar təşviş içərisində oranı tərk etməyə başlayıb və izdiham yaranıb.

Xəsarət alanlardan 7-si xəstəxanaya aparılıb.