Çexiya İsraildən 120 milyon dollara 48 raket alacaq
Digər ölkələr
- 26 oktyabr, 2023
- 01:19
Çexiya İsraildən 2,8 milyard kron (təxminən 120 milyon dollar) qarşılığında “Spyder” zenit-raket sistemləri (SAM) üçün 48 “I-Derby-ER” raketi alacaq.
“Report” xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.
Raketlərin alınmasını Çexiya Nazirlər Kabineti təsdiqləyib. Raketlərin alınmasına dair razılaşma İsrail hökuməti ilə oktyabrın sonuna qədər bağlanacaq. Çexiya Silahlı Qüvvələri raketləri 2027-ci ilin sonuna qədər almalıdır.
“I-Derby-ER” raketləri pilotsuz uçuş aparatları, helikopterlər, təyyarələr və idarə olunan raketlər kimi hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Onlar 80 km radiusda və maksimum 20 km uçuş hündürlüyündə hədəfləri vurur.
Son xəbərlər
01:23
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Digər ölkələr00:55
Foto
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə00:38
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
Digər ölkələr23:56
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
Digər ölkələr23:32
Foto
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, bir neçə nəfər yaralanıb
Digər ölkələr23:25
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi23:17
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
Fərdi23:08
Foto
Video
İmişli Şəkər Zavodunda yanğın olub
Hadisə22:57