Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilib

Digər ölkələr
  • 20 mart, 2022
  • 06:27
Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilib

Koreya Respublikası Koreya Xalq Demokratik Respublikası tərəfindən Sarı dəniz istiqamətində atəş açılmasına görə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.

Bildirilib ki, Şimali Koreya Pxyonan-Namdo əyalətindən Sarı dəniz istiqamətinə 4 mərmi atıb. Cənubi Koreya hərbçiləri etimal edir ki, mərmilər çoxsaylı buraxılış raket sistemindən atılıb.

“Biz döyüş hazırlığı vəziyyətimizi saxlayır və vəziyyəti diqqətlə izləyirik”, - Cənubi Koreyanın Müdafiə Nazirliyindən deyiblər.

Bildirilib ki, şuranın toplatısı 30 dəqiqə sürüb. Toplantı iştirakçıları məsələni ABŞ-la əməkdaşlıq əsasında təhlil etmək barədə qərar qəbul ediblər.