Cənubi Koreya Macarıstana xilasetmə qrupu göndərəcək
Digər ölkələr
- 30 may, 2019
- 06:23
Cənubi Koreya Dunay çayında baş verən gəmi qəzası ilə əlaqədar Macarıstana xilasetmə qrupu və diplomatlar göndərmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat verib.
Heyətə 6 diplomat və 12 xilasedici daxil ediləcək. Qrupun göndəriləcəyi tarix tərəflər arasında razılaşdırılır.
Qeyd edək ki, göyərtəsində 33 Cənubi Koreya vətəndaşı və 2 macarıstanlı ekipaj üzvünün olduğu gəzinti gəmisi leysan yağışı şəraitində daha böyük gəmi ilə toqquşaraq batıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 19 nəfər itkin düşüb, 7 nəfər isə xilas edilib.
Son xəbərlər
09:00
Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
Futbol08:50
Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatıb
Digər ölkələr08:49
Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb
Digər ölkələr08:37
Foto
Qaxda ağır yol qəzasında dörd nəfər yaralanıb
Hadisə08:33
Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Digər ölkələr08:14
WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
Digər ölkələr07:57
KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Digər ölkələr07:24
Tramp Si Cinpinlə görüşdə ticarət və süni intellekt məsələlərini müzakirə edəcək
Digər ölkələr06:56