Cənubi Koreya kəşfiyyatının rəhbəri vəzifəsinə ilk dəfə qadın təyin olunub

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 12:29
Cənubi Koreya kəşfiyyatının rəhbəri vəzifəsinə ilk dəfə qadın təyin olunub

Cənubi Koreyanın keçmiş ədliyyə naziri Kanq Kum-sil Milli Kəşfiyyat Xidmətinin (NIS) rəhbəri vəzifəsinə təyin edilib.

"Report" "Yonhap agentliyinə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında prezident administrasiyasının rəhbəri Lim Kvanhyon bəyan edib.

O, 1961-ci ildə başqa ad altında yaradılmış NIS xidmətinə rəhbərlik edən ilk qadın olacaq.

69 yaşlı Kanq Kum-sil Seul Milli Universitetini hüquq təhsili alaraq bitirib və 1981-ci ildə vəkillik lisenziyası almaq üçün imtahan verib.

2003-cü ildə o, Ro Mu-hyonun administrasiyası dövründə ədliyyə naziri vəzifəsinə təyin edilib.

44 filmi