Cənubi Çin dənizində ABŞ-yə məxsus döyüş təyyarəsi və helikopter qəzaya uğrayıb
Digər ölkələr
- 27 oktyabr, 2025
- 04:34
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və döyüş təyyarəsi Cənubi Çin dənizində iki insident nəticəsində qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sakit Okean Donanması sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, 26 oktyabr yerli vaxtla saat 14:45 radələrində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MH-60R Sea Hawk" helikopteri "USS Nimitz" təyyarədaşıyan gəmisindən adi əməliyyatlar apararkən Cənubi Çin dənizində qəzaya uğrayıb. Bu hadisədən sonra saat 15:15-də "F/A-18F Super Hornet" döyüş təyyarəsi də qəzaya uğrayıb.
Helikopterin və döyüş təyyarəsinin ekipaj üzvləri uğurla katapult ediliblər. Qeyd olunub ki, bütün hərbçilər təhlükəsiz ərazidədirlər və vəziyyətləri stabildir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
17:13
Foto
"Nar"ın tərəfdaşlığı ilə "GəncVİZYON" ideyatonu uğurla başa çatıb
İKT17:07
Azərbaycan Yaponiyadan badımcan tədarük etməyə başlayıb
Biznes17:07
Astana və Tallin TBNM çərçivəsində Estoniya ərazisindən daşımaların potensialını müzakirə edib
Region17:05
Foto
Azərbaycan, Özbəkistan və Gürcüstan Orta Dəhlizin inkişafını müzakirə edib
İnfrastruktur17:03
Vensin səfərinə İlham Əliyevlə Donald Trampın Vaşinqton və Davosda dialoqunun davamı kimi də yanaşmaq olar - RƏY
Xarici siyasət17:03
Foto
Ermənistanı təmsil edən fiqurlu konkisürənlərin qış olimpiadasındakı təxribatının qarşısı alınıb
Fərdi17:02
Sabah Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ
Ekologiya17:01
Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 % artırılır - RƏSMİ
Sosial müdafiə17:00