Cenevrədə "Sumud" donanmasına dəstək aksiyasında beş polis xəsarət alıb
- 03 oktyabr, 2025
- 13:41

İsveçrənin Cenevrə şəhərində "Sumud" donanmasına dəstək yürüşünün iştirakçıları ilə toqquşmalar zamanı beş polis əməkdaşı yaralanıb.
Bu barədə "Report" "Al-Arabiya"ya istinadən məlumat verir.
"İğtişaşlar zamanı beş polis əməkdaşı xəsarət alıb, bir nəfər həbs olunub", - hüquq-mühafizə orqanlarından bildirilib.
Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və su toplarından istifadə edib. Etirazçılar buna cavab olaraq müxtəlif əşyalar atmağa və əmlaka ziyan vurmağa başlayıblar.
Xatırladaq ki, İsrail təhlükəsizlik qüvvələri fələstinlilər üçün humanitar yardımla Qəzza zolağı sahillərinə doğru hərəkət edən "Sumud" donanmasını saxlayıb. İsrail tərəfi donanmanı HƏMAS-la əlaqələrdə ittiham edib. Donanmanın göyərtəsində 450-dən çox əcnəbi fəal, o cümlədən İsveçrə vətəndaşları olub.