CAR ABŞ-dəki səfiri ilə bağlı vəziyyətdə diplomatik kanallarla hərəkət etmək niyyətindədir

Digər ölkələr
  • 15 mart, 2025
  • 04:43
CAR ABŞ-dəki səfiri ilə bağlı vəziyyətdə diplomatik kanallarla hərəkət etmək niyyətindədir

Cənubi Afrika Respublikası (CAR) ABŞ-dəki səfirinin “persona non-qrata” elan olunması ilə əlaqədar diplomatik kanallar vasitəsilə hərəkət edəcək.

“Report” xəbər verir ki, bu barədə CAR-ın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Krispin Piri bildirib.

"Biz ABŞ dövlət katibi Marko Rubionun mesajını gördük", - Piri “X”də bildirib. "Biz diplomatik kanallarla hərəkət edəcəyik", - o vurğulayıb.

Krispin Piri CAR-ın konkret hansı addımlar atmaq niyyətində olduğunu açıqlamayıb. Hazırda CAR-da ABŞ səfiri yoxdur; onun vəzifələrini müvəqqəti işlər vəkili yerinə yetirir.

Daha əvvəl Rubio CAR-ın ABŞ-dəki səfiri İbrahim Rəsulu “persona non qrata” elan edərək onu Amerikaya və onun prezidentinə nifrət edən irqçi siyasətçi adlandırıb.

44 - Tezliklə