Burkina-Fasoda silahlı hücum zamanı 10-a yaxın insan ölüb
- 17 iyun, 2023
- 21:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Burkina-Fasonun qərbindəki Tyui əyalətində silahlıların hücumu nəticəsində 10-a yaxın adam ölüb, daha bir neçə nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” təhlükəsizlik mənbələrinə istinadən xəbər yayıb.
"Dünən gecə silahlı şəxslər Sara kəndinə hücum ediblər. Təəssüf ki, 10-a yaxın insan ölüb, daha bir neçə nəfər yaralanıb", - mənbə agentliyə istinadən yazıb.
Yerli sakinlərdən biri hücum zamanı ümumilikdə 11 nəfərin öldüyünü bildirib.
Aprel ayında Burkina-Faso hakimiyyəti radikal silahlılarla mübarizə üçün ümumi səfərbərlik elan edib. Afrikanın Saxel bölgəsində yerləşən ölkə 2015-ci ildən bəri davam edən hücumların qarşısını almağa çalışır.
Rəsmi hesablamalara görə, ölkənin təxminən üçdə biri hökumətin nəzarətindən kənardadır.