Qazaxıstanda prezident seçkilərində səsvermə başlayıb - YENİLƏNİB

Digər ölkələr
  • 20 noyabr, 2022
  • 02:40
Qazaxıstanda prezident seçkilərində səsvermə başlayıb - YENİLƏNİB

Qazaxıstanda bazar günü seçki məntəqələri açılıb və ölkə prezidentliyinə namizədlər üçün səsvermə başlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qazaxıstanda və xaricdə yaradılmış 10,1 mindən çox seçki məntəqəsindən (68-i respublikanın xarici diplomatik nümayəndəliklərində) əksəriyyəti Astana vaxtı ilə saat 07:00-da qapılarını açıb, paytaxt Almatı və Çimkənddə 86 seçki məntəqəsi bir saat əvvəl – saat 6:00-da işə başlayıb. Qazaxıstanın 20 rayonundan beşində seçki məntəqələri fərqli saat qurşağında olduqları üçün bir saat sonra açılacaq.

Seçicilərin yerli vaxtla saat 20:00-a qədər səs vermək hüququ var, bundan sonra məntəqələrdə səslərin hesablanmasına başlanacaq.

01:50

Qazaxıstanlılar altı namizəd arasından seçim etməli olacaqlar: - hazırkı prezident Qasım-Jomart Tokayevlə (namizədliyi ictimai-siyasi qüvvələrin xalq koalisiyası tərəfindən irəli sürülüb), Nurlan Auesbaev (müxalif Milli Sosial Demokrat Partiyasından (OSDP) namizəd), Meyram Kajıken (Qazaxıstanın "Amanat" Həmkarlar İttifaqları Birliyi), Jiquli Dayrabayev ("Aul" Xalq Demokratik Vətənpərvər Partiyasından), Karakat Abden (Sosial İşçilər Alyansından), Saltanat Tursınbekov ("Kazak anaları - desturqe jol" İctimai Birliyindən) arasından.

Yenilənmiş Konstitusiyaya əsasən, ölkə prezidenti Qazaxıstanın vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Bu halda qalib yalnız bir dəfə seçilə bilər.

Seçki qanunvericiliyində seçkilərin baş tutmuş hesab edilib-edilməməsinin göstəricisi kimi seçicilərin səsvermədə iştirakının faiz-kəmiyyət minimumu nəzərdə tutulmur. 2019-cu ildə keçirilən əvvəlki prezident seçkilərində seçici fəallığı 77,4 faiz olub.

Səsvermədə iştirak etmiş seçicilərin 50 faizindən çoxunun səsini toplayan namizəd seçilmiş dövlət başçısı sayılır. Namizədlərdən heç biri lazımi sayda səs toplamasa, ən çox səs toplamış iki namizədin iştirak edəcəyi ikinci səsvermə keçirilir.

Seçkilərdə xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan 640-dan çox müşahidəçi akkreditə olunub.

Qazaxıstanın əhalisi 19,6 milyon nəfərdən çoxdur. Eyni zamanda 11 milyon 950 min 485 nəfərin səsvermə hüququ var. Mərkəzi Seçki Komissiyası “ehtiyat nəzərə alınmaqla” 12 milyon 69 min 990 bülletenin istehsalına qərar verib.

Bazar günü Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək, dövlət başçısı postu uğrunda 6 nəfər, o cümlədən hazırkı Prezident Kasım-Jomart Tokayev mübarizə aparacaq.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Bu il dövlət başçısı 7 il müddətinə seçiləcək, qalib isə yalnız bir dəfə seçilə bilər. Əvvəllər prezident mandatının müddəti beş il idi və dövlət başçısı ardıcıl iki dəfə seçilə bilərdi.

Tokayev (ictimai-siyasi qüvvələrin Xalq Koalisiyası tərəfindən irəli sürülüb) ilə yanaşı, Nurlan Auesbayev (müxalifətdəki Milli Sosial Demokrat Partiyasından namizəd), Meyram Kajıken (Qazaxıstanın "Amanat" Həmkarlar İttifaqları Birliyi) , Jiquli Dayrabayev ("Aul" Xalq Demokratik Vətənpərvər Partiyasından), Karakat Abden (Sosial İşçilər Alyansından), Saltanat Tursınbekova ("Kazak anaları - desturqe jol" İctimai Birliyindən) prezidentlik uğrunda mübarizə aparırlar.

Qazaxıstanda və xaricdə yaradılmış 10 mindən çox seçki məntəqəsinin (53 ölkədə 68 məntəqə) əksəriyyəti qapılarını yerli vaxtla saat 07:00-da açacaq, 86 məntəqə bir saat tez - saat 6:00-da işə başlayacaq.