Bu gün Brüsseldə NATO-nun sammiti başlayır
Digər ölkələr
- 25 may, 2017
- 09:20
Bakı. 25 may. REPORT.AZ/ Bu gün Brüsseldə NATO-nun sammiti başlayır.
"Report" xəbər verir ki, zirvə görüşünə Alyansa üzv olan 28 ölkənin dövlət və hökumət başçıları qatılacaq.
Toplantı təşkilatın yeni mənzil-qərargahında keçiriləcək.
Sammit NATO-nun yeni mənzil-qərargahının açılış mərasimi ilə başlayacaq və axşam işgüzar şam yeməyi ilə başa çatacaq.
NATO sammitinin gündəmində olan əsas məsələlər beynəlxalq terrorizmə qarşı mübarizə, ittifaq üzrə müttəfiqlər arasında maliyyə yükünün ədalətli bölgüsü və müdafiə xərclərinin artırılmasıdır.
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, sammitdə Alyansın İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qatılıb-qatılmaması, Rusiya ilə münasibətlər müzakirə olunacaq.
Son xəbərlər
09:57
Foto
İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb
Biznes09:56
DSMF: 8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb
Maliyyə09:54
"IRONMAN 70.3" yarışı ilə əlaqədar Bakıda bəzi yollar bağlanacaq
İnfrastruktur09:54
Foto
Seneqallı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
Daxili siyasət09:53
Türkiyə, Gürcüstan və İraq din xadimləri Azərbaycana səfər edəcəklər
Din09:48
Foto
"Azərsun Holdinq" "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib
İKT09:37
Video
Xırdalanda restoran yanıb
Hadisə09:36
Göygöldə Aqrar Biznes və III Moruq festivalları keçiriləcək
ASK09:32