​Brüsseldə bütün ticarət mərkəzləri, sərgi zalları, stadionlar istirahət günləri bağlı olacaq

Digər ölkələr
  • 21 noyabr, 2015
  • 13:55
​Brüsseldə bütün ticarət mərkəzləri, sərgi zalları, stadionlar istirahət günləri bağlı olacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldəki bütün iri dükanlar, kino-konsert və sərgi zalları, stadionlar, hovuzlar və klublar aniterror tədbirlərinin yüksəldilməsi məqsədi ilə istirahət günləri bağlı olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Brüssel hökuməti bildirib.

Məlumata görə, metro noyabrın 22-də Bakı vaxtı ilə 15.00-dək fəaliyyət göstərməyəcək.

Xəbərdə bildirlib ki, bütün irimiqyaslı idman tədbirləri, o cümlədən iki futbol oyunu və basketbol qarşılaşması, habelə fransalı rok-ulduz Conni Hollideyin konserti də təxirə salınıb. 

44 filmi